İngiltərə futbolu tarixində ilk: klub qadın baş məşqçiyə tapşırıldı | 1news.az | Xəbərlər
Futbol

İngiltərə futbolu tarixində ilk: klub qadın baş məşqçiyə tapşırıldı

16:09 - 25 / 01 / 2019
İngiltərə futbolu tarixində ilk: klub qadın baş məşqçiyə tapşırıldı

İngiltərə futbolunun 9-cu divizion klubları hər zaman sponsor axtarışındadır. 2016-cı ilin yayında Arsley Town da sponsor axtarışına çıxmışdı. Klubun İnstagram səhifəsində yerləşdirdiyi "Sizin loqotip burada ola bilər" elanı cəmi 10 layk toplamışdı. Nəhayət, 2 ildən sonra sponsor tapıldı.

1news.az-ın Goal.az-a istinadən verdiyi xəbərə görə, komanda Londondan 1 saatlıq məsafədə yerləşən Arlsi kəndinin sakinlərindən təşkil olunub. 6 il əvvəl hər şey yaxşı idi. Kənd təmsilçisi, hətta İngiltərə kubokunda çıxış etmək imkanı qazanmışdı. Sonradan vəziyyət tam dəyişdi: Arsley Town əvvəlcə 8-ci diviziona, oradan isə 9-cu diviziona yuvarlandı. Nə məşqçiləri, nə də futbolçuları saxlamaq üçün pul yox idi. Dağılmaqda olan komandanı Mett Endersbi və Ceyms Xetç idarə edirdi. Amma məşqçi tapmaq asan deyildi. Əvvəkli məşqçi kənddə öz təsərrüfatı ilə məşğul olurdu. Klub rəhbərliyi çox götür-qoydan sonra Nataşa Orçard Smitə zəng vurdu. Rus adı daşıyan bu qadın ingilis kökənli idi və uzun illər futbolda olmuşdu.

Kim idi bu Nataşa?

O, bir müddət Tottenham Ladies-in qapısını qorumuşdu. Sonralar uşaq komandasında 10 il məşqçi kimi çalışmışdı. Oğlu Con anasından futbolun sirrlərini öyrənirdi. Amma Corc futbolçu olmadı. New Hope Club adlı pop qrupu yaratdı və yüz minlərlə fanat topladı. Nataşa Arsenal-ın diqqətini cəlb etmişdi. Onu klubun qızlardan ibarət U-10 komandasına dəvət etdilər. London klubunda cəmi 10 ay işləmişdi ki, Arsley Town-dan dəvət aldı. Beləliklə, ingiltərəli Nataşa, kişilərdən ibarət futbol klubunun baş məşqçisi oldu. Bu, İngiltərədə ilk hadisə idi. Endersbi deyir: "Dünyada bir standart var: kişi klubunun məşqçisi kişi olmalıdır. Biz standatdan kənara çıxdıq. Nataşa ağıllı qadın, əla mütəxəssisdir. 20 illlik futbol təcrübəsi var. Düşündük ki, belə bir qadına şans verməyə dəyər. Bilirdiki, qeyri-adi bir işdir. Bununla belə, İngiltərədə ilkə imza atmaqdan qorxmadıq. Burada təəccüblü heç nə yoxdur. Hələ bəlkə, başqaları bizdən nümunə götürə bilər".

Nataşa işə uğurlu başladı. Hazırda bu xanım məşqçinin komandası 9-cu divizionda turnir cədvəlində 6-cı pilləni tutur. 22 oyunda 38 xal toplamağı bacarıb. Ötən mövsüm vəziyyət tam başqa idi. Cəmi 14 xal toplayan Arsley sonuncu pillədə qərarlaşmışdı. 42 oyundan 34-ündə məğlub olmuşdu. Dörd matçın hər birində 5-dən çox qol buraxan klub mövsüm ərzinddə qapısında 123 qol görmüşdü. Onu da deyək ki, Arsley Town-un məşqləri həftə ərzində 2, bəzən 3 dəfə keçirilir. Futbol, komandanın üzvləri üçün, bir növ, əyləncədir. Futbolçular kənddəki təsərrüfat işlərini başa vurandan sonra məşqə gəlir. Bununla belə, baş məşqçi hər şeyin qaydasında olduğunu deyir: "Klubun maliyyə problemi var. Digər məsələlərdə çətinliyimiz yoxdur. Futbolçularım məni eşidir, tələb olunanlara əməl edirlər. Problemləri birlikdə müzakirə edirik. Bir-birimizi başa düşürük. Başqaları elə düşünür ki, kişilərlə işləmək çətindir. Amma mən belə düşünmürəm. Bəlkə də qadının kişi klubunda məşqçilik etməsi daha yaxşıdır. Çünki bütün kişilər qadına hörmətlə yanaşır".

Dediyimiz kimi, Nataşa Orçard-Smit İngiltərədə kişi komandasını çalışdıran ilk qadın məşqçi sayılır. Lakin bu, Böyük Britaniyaya aid deyil. "Ənənə" bu ölkədə şotlandiyalı xanım Şelli Kerlə başlayıb. 2014-cü ildə ilk dəfə məhz bu xanım Sterling Universitetinin kişilərdən ibarət futbol komandasını çalışdırıb.

Dünyada kişi futbolçularla işləyən ilk qadın-məşqçi isə xorvatiyalı Timçan Nemçiç hesab olunur. 24 yaşlı xanım ilk işinə 2012-də Viktoriya Vakovacklubunda başlayıb. 6-cı liqa klubuna dəvət alana qədər "Miss idman Xorvatiya" müsabiqəsinin qlibi olub. Baş məşqçi həm də erotik pozalarda fotosessiyaları ilə məşhurdur.

Yeri gəlmişkən deyək ki, dünyada ilk dəfə məhz Xorvatiya millisi məşqçilər korpusunds zərif cinsin nümayəndəsinə yer verib. DÇ-2018-də İva Solivari adlı xanımın millinin ehtiyat oyunçular skamyasında əyləşdiyini, yəqin ki, çoxları xatırlayır. İva Xorvatiya millisinin FİFA, UEFA və digər futbol assosiasiyaları ilə əlaqəsini qurur.

1news.az

Paylaş:
723

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər