Elman Nəsirov: Azərbaycanla bağlı "çevik" qətnamə qəbul edən AP erməni jurnalistinin ölümünə niyə susur?! | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Azərbaycanla bağlı "çevik" qətnamə qəbul edən AP erməni jurnalistinin ölümünə niyə susur?!

13:53 - 28 / 01 / 2019
Elman Nəsirov: Azərbaycanla bağlı "çevik" qətnamə qəbul edən AP erməni jurnalistinin ölümünə niyə susur?!

Məlum olduğu kimi Ermənistanın “Nubaraşen” təcridxanasında saxlanılan “Haynews.am” saytının rəhbərinin müavini, “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqizaryan vəfat edib.

Yeqizaryan 44 gün idi ki, aclıq aksiyası keçirirdi. Ölümünə səbəb də məhz bu olub. Yanvarın 26-da onun səhhəti qəflətən kəskin şəkildə pisləşib təcili yardım çağırılsa da, həyatını xilas etməyin mümkün olmayıb.

Maraqlıdır ki, jurnalist ötən il dekabrın 5-dən aclıq aksiyasına başlasa da, heç bir reaksiya verilməyib, bir sözlə, ona ölümə gedən yolda heç kim kömək etməyib. Eyni zamanda beynəlxalq təşkilatlar, insan haqları qurumları da susublar.

Mqer Yeqizaryan

Burda yenə də həmin qurumların ikili yanaşmasına diqqət çəkməyə ehtiyac var. Bloqqer Mehman Hüseynovun məsələsində Avropa Parlamenti təcili toplaşaraq Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edir. Baxmayaraq ki, M.Hüseynov aclıq aksiyası keçirmirdi, səhhəti də normal idi. Saxlanma şəraitindən heç bir şikayəti də yox idi. İndi haqlı sual yaranır: Azərbaycanı olmayan məsələyə görə hədəfə götürən və qətnamə çıxaran AP Ermənistanda daha ağır hadisəyə niyə göz yumur? Bu ikili standarların səbəbi nədir?

Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov 1news.az-a deyib ki, Avropa Parlamentinin (AP), Avropa Şurası Parlament Assambleysının (AŞPA) və digər beynəlxalq təşkilatların Azərbnaycana qarşı yalan, iftira, əsassız ittihamlar irəli süməsinin dəfələrlə şahidi olmuşuq. Həmin qurumlar ən çox insan haqları məsələsini ön plana çəkir, ölkəmizdə bu sahədə sanki bir əcinə ovuna çıxırlar.

Millət vəkilinin sözlərinə görə, Mehmah Hüseynov hadisəsi də bu baxımdan əsil lakmus kağızı hesab edilə bilər:

“Belə ki, AP bəlkə də tarixində olmayan bir səviyyədə “çeviklik” nümayiş etdirərək tələsik onun hüquqlarıl ilə bağlı anti-Azərbaycan qətnaməsi qəbul etdi. Oxşar qətnaməni 2015-ci ildə də qəbul  etmişdir.  Əgər dünyadakı buproseslərdən xəbəri olmayan bir adam cərəyan edən məsələləri kənardan izləsə, təəccübdən özünü saxlaya bilməz.

Söhbət ondan gedir ki, Ermənistanda 40 gündən artıqdır ki, aclıq aksiyası keçirən jurnalist, partiya funksioneri həbsxanada vəfat edib.  Deməli, bütün dünyanın, beynəlxalq insan haqları təşkilatlarının gözü qarşısında bu proses baş verib. AP, AŞPA buna şahidlik edib. Onda sual yaranır: necə ola bilər ki, Azərbaycanda bir bloqqer aclıq aksiyası elan edir və onu dayandırır, lakin AP anti-Azərbaycan qətnamə qəbul edir. Ermənistanda isə 40 gündən çoxdur ki, jurnalist aclıq aksiyası keçirir, amma bu aksiyaya heç kim fikir vermir və sonda o, dünyasını dəyişir.

Beynəlxalq təşkilatların bu cür fəliyyətinə, ikili yanaşmasına nə ad verəsən, hansı qiyməti verəsən?!  Tənqidə belə dözmür. Bir daha məlum olur ki, əslində bu ikili yanaşmalar dünya siyasətində bir standarta çevrilib. Ən dəhşətlisi də budur. Təsəvvür edirəm ki, anoloji vəziyyət əgər Azərbaycanda baş versəydi, yəni jurnalist, yaxud siyasi fəal aclıq aksiyası edib və son nəticədə həbsdə ölsəydi, bu halda təkcə AP deyil, bütün dünyanın insan hüquqları ilə bağlı QHT-ləri bir həyacan təbili çalacaqdılar. AP, AŞPA digər beynəlxalq təşkilatlar da təcili toplantı keçirib, Azərbaycan əleyhinə ardıcıl şəkildə müxtəlif qətnamələr qəbul edəcəkdilər.

Ermənistanla bağlı bu susqunluğun kökündə nə dayanır?! Niyə AŞPA-nın, AP-nin səsi gəlmir,  “Amnesty İnternational”,  “Freedom House” deyilən təşkilatlar, bəzi siyasətçilər, medialar  susurlar, niyə həyəcan təbili çalmırlar?!”.

E.Nəsirov əlavə edib ki,  bu suallar bu gün haqlı olaraq Azərbaycan ictimaiyyətini də narahat edir:

“Eyni zamanda bu, erməni ictimaiyyətini də narahat edən məslədir ki, niyə beynəlxalq qurumlardan səs çıxmır. Bunlar bir daha hamısı onu göstərir ki, doğurdan da ayrı-ayrı dövlətlərə qarşı insan hüquqları ilə bağlı selektiv yanaşma var. Bir halda eyni məsələ ilə bağlı dövlətə pis damğası, antidemokrat damğası  vururlar, digər halda isə eyni məsələ ilə bağlı göz yumurlar, susurlar. Çox qəribədir, sadəcə kənardan prosesləri müşahidə edirlər. Bunlar acı təəssüf doğuran hallardır, Azərbaycan xalqı bunu görür. Beynəlxalq qurumların Azərbaycan əleyhinə qəbul etdikləri təzyiq üsulları və mexnizmləri əslində saxtakarlıqdan başqa bir şey deyil”.

E.Nəsirov deputatların bununla bağlı AP-yə müraciət ünvanlaya bilməsi ehtimalına da toxunub. Onun sözlərinə görə, mövzy müzakirə edilə bilər:

“Aİ-Azərbaycan parlament əməkdaşlıq komitəsi var, eyni zamanda AŞPA-da nümayəndə heyətimiz fəaliyyət göstərir. Parlament səviyyəsində müəyyən reaksiyaların olması istisna deyil”.   

1news.az

Paylaş:
566

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər