Alaverdiyan: Yeqiazaryanın ölümü Ermənistanın üzərinə kölgə salır | 1news.az | Xəbərlər
Ermənistan

Alaverdiyan: Yeqiazaryanın ölümü Ermənistanın üzərinə kölgə salır

16:34 - 28 / 01 / 2019
Alaverdiyan: Yeqiazaryanın ölümü Ermənistanın üzərinə kölgə salır

"Haynews-in" saytına məsul olan Mqer Yeqiazaryanın ölümü şübhəsiz ki, bir sıra insan hüquqları təşkilatlarının məruzələrində əks olunacaq və Ermənistanın reytinqinə təsir göstərəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdiyan deyib.

O, hadisə ilə bağlı  “The Washington Post" da dərc edilən məqaləyə diqqət çəkərək deyib ki, bu yalnız birinci reaksiyadır. Yeqiazaryanın ölümü bu il insan hüquqları və söz azadlığı haqqında hesabatların hazırlanması zamanı mütləq nəzərə alınacaqdır.

Alaverdiyan bu hadisənin 3-4 hesabatda qeyd ediləcəyini istisna etməyib. O, hüquq-mühafizə orqanlarına və digər güc strukturlarına ünvanlanmış tənqidlərin konkret şəxslərə yönəlmədiyini vurğulayıb:

"Yeqizaryanın məsələsində konkret bir şəxsin ölümü var. Ermənistana qarşı dost olmayan ölkələr bu vəziyyətdən istifadə edərək hadisəni insan haqları məsələsi kimi beynəlxalq təşkilatların gündəminə gətirə bilərlər.

Mqer Yeqiazaryanın ölümü ilə bağlı vəziyyət ölkəmizin demokratiya yoluna bir kölgə salır.  Ermənistanın ləyaqətindən daha vacib bir şey varmı? Hərəkət etməzdən əvvəl bunu nəzərə almaq lazımdır".

Xatırladaq ki, yanvarın 26-da “Haynews” saytının rəhbərliyində təmsil olunan, həmçinin "Erməni qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini həbsdə keçirdiyi 44 günlük aclıq aksiyasından sonra ölüb.

P.Sultanova

 

 

 

Paylaş:
762

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər