İlk dəfə Qadın Tennis Assosiasiyasının reytinqinə yaponiyalı tennisçi başçılıq edir
Yaponiyalı tennisçi Naomi Osaka ötən həftə Australian Open turnirində qalib gəlib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bununla Osaka Qadın Tennis Assosiasiyasının dünya reytinqində birinci yer tutub.
Final matçı Osaka Petra Kvitovaya qalib gəlib. Naomi Böyük Dəbilqənin ikinci turnirində qalib gəlib. Osaka həmçinin dünya reytinqinə başçılıq edən ilk yaponiyalı tennisçi olub.
Qadın Tennis Assosiasiyasının reytinqini təqdim edirik:
1 (4). Naomi Osaka (Yaponiya) - 7030 xal
2 (6). Petra Kvitova (Çexiya) - 6290 xal
3 (1). Simona Halep (Rumıniya) - 5582 xal
4 (5). Sloan Stivens (ABŞ) - 5307 xal
5 (8). Karolina Plişkova (Çexiya) - 5100 xal
6 (2). Angelik Kerber (Almaniya) - 4965 xal
7 (7). Elina Svitolina (Ukrayna) - 4940 xal
8 (9). Kiki Bertens (Niderland) - 4430 xal
9 (3). Karolin Voznyatski (Danimarka) - 3566 xal
10 (11). Arina Sobolenko (Belarus) - 3485 xal
1news.az