Misirin yeni paytaxtına 51 min dövlət məmuru köçürüləcək | 1news.az | Xəbərlər
Dünya

Misirin yeni paytaxtına 51 min dövlət məmuru köçürüləcək

17:25 - 31 / 01 / 2019
Misirin yeni paytaxtına 51 min dövlət məmuru köçürüləcək

Misir hökuməti 51 min dövlət məmurunun Qahirədən yeni inşa edilən inzibati paytaxta köçürülməsi barədə planlarını açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Qahirədən 49 kilometr şərqdə yeni paytaxtın inşası Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin təşəbbüsü ilə 2017-ci ildə başlanıb. Misir hökumətinin bu genişmiqyaslı layihəni həyata keçirməkdə əsas məqsədi 19 milyondan çox əhalisi olan Qahirəni boşaltmaq arzusudur. Yeni paytaxta parlamentin üzvləri, 31 nazirliyin və digər dövlət qurumlarının əməkdaşlarının köçürülməsi 2020-ci ildə başlanacaq. Bu proses iki mərhələdə həyata keçiriləcək və artıq hansı qurumun nə vaxt köçürüləcəyi barədə növbə tərtib olunub.

Misirin yeni paytaxtının tikintisində “ağıllı” texnologiyalardan istifadə edilir. Oraya köçəcək məmurlar öncə informasiya texnologiyalarını bilməsi, kompüterdən istifadə bacarığı və ingilis dilinin bilməsi barədə imtahan verəcəklər, çünki hökumət qurumlarının işində kağızdan istifadə istisna olunur.

Xatırladaq ki, Misirin təkcə inzibati deyil, həm də iqtisadi paytaxtı olacaq bu şəhərdə 5 milyona qədər insanın yaşayacağı, əsas dövlət qurumlarının və xarici səfirliklərin yerləşdirilməsi nəzərdə tutulur. Şəhərin ərazisində hazırda beynəlxalq hava limanı da inşa edilir.

1news.az

Paylaş:
946

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər