Azərbaycan Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması qaydaları dəyişib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması qaydaları dəyişib

09:39 - 31 / 01 / 2019
Azərbaycan Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması qaydaları dəyişib

Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığa dəyişiklik edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli qərarının 1-ci hissəsi (Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir) ləğv edilib.

S.Xankişiyeva

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər