Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq | 1news.az | Xəbərlər
Dünya

Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq

12:52 - 01 / 02 / 2019
Bəhreyndə dünyada ən böyük sualtı park inşa olunacaq

Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetr olan dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədirlər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Bəhreyn Turizm İdarəsinin, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın və özəl sektorun birgə layihəsi olan sualtı park ilk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq. Parkın tikintisinə ən yaxın vaxtlarda başlanacaq. İnşaat işləri ətraf mühitə heç bir ziyan vurulmadan aparılacaq.

Bəhreyn Kralı, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın prezidenti Həməd bin İsa Al Xəlifənin şəxsi nümayəndəsi Şeyx Abdulla bin Həməd Al Xəlifə bildirib ki, ən yüksək beynəlxalq ekoloji standartları rəhbər tutan Krallıq dəniz mühitini toxunulmaz şəkildə qoruyub saxlamağa çalışır. O deyib: “Biz Bəhreyni ekoturizm və dəniz faunasının mühafizəsi sahəsində dünya liderinə çevirməyi planlaşdırırıq”.

İndiyədək suyun altında qalmış ən böyük təyyarə - 70 metr uzunluğunda “Boeing 747” sualtı parkın mərkəzi obyekti olacaq. Burada mirvari evi, süni riflər və digər obyektlər də yaradılacaq. Ekoloji təmiz materiallardan inşa olunacaq tikililər mərcan liflərinə və onların sakinlərinə heç bir ziyan vurmayacaq. Əksinə, sualtı park onurğasız orqanizmlərin, xüsusilə istridyələrin çoxalmasına şərait yaradacaq.

Sualtı kompleksdə dayvinqlə məşğul olmaq, dəniz flora və faunasını tədqiq etmək mümkün olacaq. Park yerli, regional və beynəlxalq səviyyələrdə dayverləri cəlb edəcək, dayvinq turları isə ətraf mühitin, xüsusən sualtı aləmin qorunub saxlanılmasının əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq.

1news.az

Paylaş:
386

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər