Novruz Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzalayıb

10:00 - 05 / 02 / 2019
Novruz Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzalayıb

Baş nazir Novruz Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə, qərara əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
714

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər