Məhkəmə fevralın 7-də Koçaryanla bağlı qərarını elan edəcək | 1news.az | Xəbərlər
Ermənistan

Məhkəmə fevralın 7-də Koçaryanla bağlı qərarını elan edəcək

10:05 - 05 / 02 / 2019
Məhkəmə fevralın 7-də Koçaryanla bağlı qərarını elan edəcək

Ermənistanın ikinci prezidenti Robert Koçaryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair müraciət üzrə məhkəmə qərarı fevralın 7-də elan olunacaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkili Ayk Alumyan bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi vəkillərin şikayətini nəzərdən keçirib:

"Tam tərkibdə məhkəmə prosesi keçirildi, bütün tərəflərə öz arqumentlərini təqdim etmək imkanı verildi. Hər şey müzakirə olundu”.

Vəkil məhkəmənin qərarının 7 fevral saat 12.00-da elan ediləcəyini deyib.

 Alumyan, həmçinin bildirib ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 1 mart işi üzrə sorğusu olunmasını bilmir:

"Ümumiyyətlə, bu, bizi maraqlandırmır. İş çərçivəsində müstəntiq bir çox ifadələr təqdim edib, lakin Serj Sarkisyanın ifadəsi yoxdur”.

P.Sultanova

 

 

 

Paylaş:
686

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər