KTMT baş katibinin təyin olunması yenidən gündəmə gətirilir | 1news.az | Xəbərlər
Ermənistan

KTMT baş katibinin təyin olunması yenidən gündəmə gətirilir

11:59 - 06 / 02 / 2019
KTMT baş katibinin təyin olunması yenidən gündəmə gətirilir

KTMT-də  baş katib təyin edilməsi məsələsi 2-3 aydan sonra yenidən gündəliyə daxil olacaq.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Məlumatda xatırladılır ki, İrəvanla Minsk arasında baş katibinin təyin olunması məsələsində fikir ayrılığı yaranıb. Müzakirə Ermənistanın nümayəndəsi Yuri Xaçaturovun baş katib vəzifəsindən geri çağırılmasından sonra başlayıb.

Ermənistan bu mövqeyini 2020-ci ilə qədər saxlamaqda israr edir. Eyni zamanda, Belarus bu vəzifəyə öz namizədini - Təhlükəsizlik Şurasının katibi Stanislav Zasyanı təklif edir.

Qəzet yazıb ki, Zasyanın baş katib vəzifəsinə namizədliyi prezident Aleksandr Lukaşenkonun piar aksiyası idi.

Belarus prezidenti bu məsələni 2018-ci ilin sonunadək həll etməyə söz verib, lakin indiyədək mövzu yüksək dairələrdə müzakirə olunur.

Nəşrin iddiasına görə, Bu il Belarusda parlament və prezident seçkiləri keçiriləcəyi üçün Lukaşenko Rusiya ilə əlaqələrin pisləşməsindən çəkinərək KTMT baş katibinin təyin edilməsi məsələsində ehtiyatlı davranır.

P.Sultanova



Paylaş:
653

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər