Dövlət rəsmisi canlı yayımda sualları cavablandıracaq

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu gün saat 19.30-da Facebook səhifəsi üzərindən canlı yayımda olub, sualları cavablandıracaq.
1news.az xəbər verir ki, bu barədə V.Hüseynov özü Facebook səhifəsində yazıb.
O qeyd edib: “Facebook-un istifadəçilərə təmin etdiyi imkandan yararlanaraq, səhifəmdə canlı yayım vasitəsilə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı Sizin suallarınızı cavablandırmağı, onlayn qəbul keçirməyi nəzərdə tuturam. Hər hansı sualınız olarsa, əvvəlcədən səhifənin mesaj və ya şərh bölməsinə yazmağınızı xahiş edirəm.
Ötən həftə baş tutan ezamiyyətlə bağlı səhifəmə yazılan bəzi cavablandırmadığım suallara da toxunacağıq”.
P.S
480