Şarmazanov: Nikolun hakimiyyəti ələ keçirməsindən sonra Ermənistan yeni təhdidlərə məruz qalıb
Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov erməni hərbiçilərinin Suriyaya göndərilməsi qərarına münasibət bildirib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Şarmazanov “Bunu etməyin, cənablar!” yazıb.
O daha sonra vurğulayıb: "Əziz, həmvətənlərim, 17 aprel və 1 may tarixlərində baş nazir seçkiləri zamanı mən parlamentdə çıxış edərkən ölkəmiz üçün bir nömrəli çağırışın korrupsiya deyil, təhlükəsizliyə təhdid olduğunu demişdim.
Ermənistan geosiyasi maraqların toqquşmasının kəsişməsində yerləşir. Bizim bütün hakimiyyət balanslaşdırılmış siyasət aparmaq məcburiyyətindədirlər.
Nikolun hakimiyyəti ələ keçirməsindən sonra Ermənistan yeni təhdidlərə məruz qalıb.
Təcrübəsiz və qısamüddətli hakimiyyət KTMT-də "təcrid" olunmuş və yad bir hala gəldi.
İndi Nikol Suriyaya qoşun göndərir.
Başa düşmürəm, ölkəmizdə parlament yoxdur?
Hər kəs istədiyini və necə istədiyini edir.
Artıq belə davam edə bilməz.
Nikolun hakimiyyətdə qalması Ermənistanın və “Artsaxın” maraqlarını daha çox təhlükə altına qoyur.
Bu, "addımlayan " uşaq bağçası yox, Ermənistan Respublikasıdır”.
P.S