Aşotyan: Suriyaya hərbçi göndərmək Paşinyanın maraqlarına hesablanıb
Suriyaya humanitar qrup göndərmə prosesi hüquqi baxımdan Ermənistan qanunlarının ciddi şəkildə pozulması ilə təşkil olunub.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.
"Müdafiə haqqında" qanunun 5-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, Ermənistan silahlı qüvvələri beynəlxalq müqavilələr əsasında sülhməramlılıq və ya hərbi fəaliyyətlə bağlı ölkədən kənarda yerləşə bilər.
Və belə bir razılaşma yoxdur. Nazirlər Kabinetinin nümayəndələri bəzi manipulyasiyalar etməyə çalışdılar. Müdafiə Nazirliyi bir məlumat verdi, baş nazirin mətbuat katibi gün ərzində bir, axşam digər açıqlama ilə çıxış etdi.
Onlar özləri də yalanları ilə dolaşdılar, çünki bu, qanunun ciddi şəkildə pozulması idi”, - deyə Aşotyan bildirib.
Onun sözlərinə görə, Suriyaya gedən erməni mütəxəssisləri üçün heç bir zəmanət yoxdur, bu, yalnız narahatlıq doğurur:
"Hakimiyyət, “bu, ev mənimdir, deməli, nə istəyirəm, onu da edirəm” prinsipinə əsaslanaraq anlamır ki, bu, onların evi deyil, hansı ki, hara istəsələr mebeli və ya uşaq yataq dəstini hərəkət etdirsinlər. Bu, öhdəlikləri olan bir dövlətdir. Suriyaya hərbçi göndərmək avantyuradır və yalnız öz daxili siyasi maraqlarını həyata keçirən Nikol Paşinyanın şəxsi qərarıdır.
Və bizim əsgərimiz bunun üçün niyə həyatını riskə atmalıdır, bəs parlament nəzarəti hardadır? Biz deyəndə ki, parlamentdə şüurlu və aydın bir müxalifət olmalıdır, belə halları nəzərə tuturduq”.
P.S