Tsarukyan: Bu, iqtisadi inqilab proqramı deyil
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan Ermənistan hökumətin beş illik proqramını inqilabi hesab etmir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Tsarukyan iqtisadi inqilabın həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
“Burda iki-üç müddəa var ki, onların reallaşdırılması ilə xalq müsbət dəyişiklikləri hiss edəcək. Amma iqtisadi inqilab həyata keçirilməlidir. Lakin bu, iqtisadi inqilab proqramı deyil. Əgər, orda dəyişiklik olmasa, biz səs verə bilməyəcəyik”.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti hökumətin proqramını müzakirə edir.
P.S.
795