Məmmədyarov Münhendə Mnatsakanyanla görüşü istisna etmir | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov Münhendə Mnatsakanyanla görüşü istisna etmir

15:48 - 15 / 02 / 2019
 Məmmədyarov Münhendə Mnatsakanyanla görüşü istisna etmir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb, iki ölkə liderlərinin sammitinin mümkünlüyünü müzakirə edə bilər.

1news.az xəbər verir ki, bu barədə E.Məmmədyarov özü RİA Novosti agentliyinə bildirib.

Münhen Təhlükəsizlik Konfransı 15-17 fevral tarixlərində keçirilir.

"Düşünürəm ki, bu mövzu Ermənistandan olan həmkarımla, eləcə də Minsk qrupunun həmsədrləri ilə görüş zamanı müzakirə olunacaq", - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

Mnatsakanyanla görüşün Münhendə keçirilə biləcəyinə dair sualı cavablandıran Məmmədyarov deyib ki, yəqin ki, ayaqüstü mütləq görüşəcəyik:

"Biz görüş üçün hər fürsətdən istifadə edirik”.

P.S.



Paylaş:
465

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər