Şarmazanov: Paşinyan məsuliyyətini öz çiynindən atmağa çalışır | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov: Paşinyan məsuliyyətini öz çiynindən atmağa çalışır

16:45 - 15 / 02 / 2019
Şarmazanov: Paşinyan məsuliyyətini öz çiynindən atmağa çalışır

Ermənistan  hökumətinin proqramının müzakirəsi mənə “Oscar” mükafatının təqdimat mərasimini xatırlatdı.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

O vurğulayıb ki, elan edilmiş iqtisadi inqilab, son 10 ay ərzində vəd edilən bütün tədbirlər həyata keçirilməlidir.

"Ötən on ay Paşinyanın başçılığı altında yeni hökumətin nəinki öz vədlərini yerinə yetirməməsi, insanların həyatının daha da pisləşməsini başa düşmək üçün kifayətdir", Şarmazanov vurğulayıb.

Qeyd edib ki, Paşinyan məsuliyyətini öz çiynindən atmağa çalışır:

“Paşinyan təxminən bir ildir ki, milyardların xalqdan oğurlanmasını deyir. Əgər bu məbləğlər həqiqətən mövcud idisə, niyə sizin həyatınız yaxşılaşmır? Yalnız bir nəticə var - ya soyğun yox idi, ya da indi daha böyük soyğun başlayıb, çünki insanların həyatı hər gün pisləşir. Özünüz mühakimə edin".

P.S.

 

Paylaş:
740

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər