Ermənistanda aclıq edən ömürlük məhkumların vəziyyəti pisləşib - Zöhrabyandan çağırış
Ermənistan parlamentinin İnsan hüquqları və ictimai məsələlər üzrə komissiyasının sədri Naira Zöhrabyan növbəti dəfə “Nubaraşen” cəzaçəkmə müəssisəsində aclıq elan edən ömürlük məhkum edilmiş şəxslərə baş çəkib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Zöhrabyan aclıq aksiyası keçirən məhkumların sağlamlıq vəziyyətlərinin təhlükədə olduğunu deyib.
"Bir qədər əvvəl “Nubaraşen” həbsxanasından çıxdım. Aclıq aksiyası keçirən ömürlük həbs cəzası almış Armen Ter-Saakyan, Aram Xaçikyan və Alik Qriqoryanla görüşdüm. Həmçinin, fevralın 10-dan etibarən aclıq aksiyasına başlayan Karen Ovannisyanla görüşdüm, onun sağlamlıq durumunun çox ciddi olduğunu düşünürəm.
Mən Ovannisyana komissiyada işinin diqqət mərkəzində olacağına, o isə aclıq aksiyasını dayandıracağına söz verdi.
Açıq elan edən digər üç ömürlük məhbusa gəlincə, burada probasiya xidmətinə ümumi inamsızlıqdan başlayaraq, ölüm cəzasını ömürlük həbslə əvəzetməyə qədər bəzi hallarda baxılması lazım olan çox ciddi hüquqi problemlər var", deyə o, bildirib.
Zöhrabyan ədliyyə nazirinə müraciət edərək, mümkün olan ən qısa müddətdə "Nubaraşen" penitensiar müəssisəsində aclıq aksiyası elan edən məhkumlara baş çəkməyə çağırıb:
"Onların sizinlə müzakirə olunmalı müəyyən problemləri var. Yalnız sizinlə. Qalan çətin məsələləri biz cümə gününə planlaşdırılan komissiyanın iclasında müzakirə edəcəyik”.
P.S.