Erməni ekspert: Rusiyadan döyüş təyyarələrinin alınması pul itkisidir | 1news.az | Xəbərlər
Ermənistan

Erməni ekspert: Rusiyadan döyüş təyyarələrinin alınması pul itkisidir

10:54 - 19 / 02 / 2019
Erməni ekspert: Rusiyadan döyüş təyyarələrinin alınması pul itkisidir

Ermənistanın Rusiyadan 12 ədəd Su-30SM döyüş təyyarəsi alması pul itkisidir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə hərbi ekspert Van Ambartsumyan bildirib.

Daha əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyadan çoxməqsədli Su-30SM döyüş təyyarələrinin alınmasına dair danışıqlar aparıldığını deyib. Onun sözlərinə görə, Yerevan 2019-cu ilin sonunda - 2020-ci ilin əvvəlində dörd belə təyyarə alacaq.

Erməni hərbi ekspert isə hesab edir ki, Azərbaycan çox güclü bir hava müdafiə sisteminə malikdir və buna görə də dörd Su-30SM döyüş təyyarəsinin alınması pul itkisidir.

"Bundan əlavə, onlar Rusiyanın tətəbiq etdiyi modifikasiyadan keçib gələnə kimi artıq köhnəlmiş olacaqlar", Ambartsumyan deyib. 

Ekspertin sözlərinə görə, Malayziya və Hindistana satılan Su-30MKM Ermənistana təklif edilən Su-30CM-dən daha yüksək səviyyəli modifikasiyaya malikdir.

O əlavə edib ki, pilotların hazırlığı, texniki dəstək personalının təmin edilməsi az vaxt aparmayacaq, halbuki Azərbaycan tərəfində Belarusa məxsus  istifadəsi asan 16 qırıcı təyyarə var.

P.S.

 

Paylaş:
582

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər