Abituriyentlərin nəzərinə: qəbul imtahanlarının vaxtı dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Abituriyentlərin nəzərinə: qəbul imtahanlarının vaxtı dəyişdi

13:21 - 21 / 02 / 2019
Abituriyentlərin nəzərinə: qəbul imtahanlarının vaxtı dəyişdi

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edib.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər