Meksika səfiri Dillər Festivalında iştirak edib - FOTO

Bütün dünyada 21 fevral tarixi Ana Dili Günü kimi qeyd olunur. Bu səbəbdən, Beynəlxalq Azərbaycan Məktəbi (TİSA) Dillər Festivalını təşkil edib.
1news.az xəbər verir ki, şərəfli qonaq qismində iştirak etmək üçün dəvət olunan Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ölkəsindəki linqvistik mühit barədə məlumatı təqdim etmək üçün məktəb auditoriyası önündə çıxış edib.
Qeyd etdi ki, ən çox danışılan dil ispan dilidir. Buna baxmayaraq, altmış doqquz yerli dildə danışılır və hər birinin öz müvafiq xüsusiyyətləri vardır, bu isə Meksikanı dünyanın ən yüksək linqvistik müxtəlifliyə malik olan ölkələrdən birinə çevirir.
Diplomat, həmçinin yerli xalqların dillərinin möhkəmlənməsi, qorunması, inkişafı və təbliğinə yönəlmiş Yerli Dillərin Milli İnstitutu (INALI) haqqında söz açıb.
Meksikada ana dilində danışmaq və təhsil almaq hüququ tanınır və qorunur, məhz ona görə, yerli əhali müəssisə, mədəni-ictimai məkanlar və kütləvi informasiya vasitələrində ünsiyyət qurmaq üçün öz dillərindən tam şəkildə istifadə edir. Bu linqvistik müxtəliflik meksikalılar tərəfindən yüksən qiymətləndirilir və onların mədəni irsi hesab olunur.
Səfirin çıxışından sonra şagirdlərin iştiraki ilə bir neçə didaktik məşğələ və oyunlar keçirildi. Bu zaman, şagirdlərə Meksikada qədim Asteklərin danışdığı və hələ də ölkənin müxtəlif regionlarında istifadə olunan yerli nauatl dilində baza sözlər öyrədildi. İştirakçılar qədim dil olan nauatl haqqında təzə əldə etdiyi bilikləri işlətmək imkanını qazandılar.
P.Sultanova