Bakıda məhkəmədə hakim və prokuror döyüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məhkəmədə hakim və prokuror döyüldü

17:17 - 21 / 02 / 2019
Bakıda məhkəmədə hakim və prokuror döyüldü

Sabunçu Rayon Məhkəməsində insident baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarılıb.

Məlumata görə, hazırda Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.

T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər