KTMT Paşinyana görə baş katibsiz qalıb - Kommersant
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) növbəti illərdə tamhüquqlu baş katibsiz qala bilər.
1news.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Məqalədə deyilir ki, Belarusun Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zasın bu vəzifəyə təyin olunması öz namizədini təsdiqləməyə ümid edən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyi səbəbindən təxirə salınıb.
KTMT-də Ermənistanın mövqeyinə görə təşkilatın daha bir il tamhüquqlu baş katibi olmayacağı ilə barışıblar və bu vəzifəni Rusiya Federasiyasının nümayəndəsi Valeri Semerikov davam etdirəcək.
“2020-ci ilin əvvəlinə qədər KTMT-ə baş katib səlahiyyətlərini yerinə yetirəcək şəxsin rəhbərlik edəcəyini düşünürük”, deyə Rusiya XİN-dəki mənbə bildirib.
KTMT-yə yaxın digər mənbə də məlumatı təsdiqləyib: “Gələn il baş katib təyin olunması gözlənilir. Təşkilatda heç bir çökmə və sıxıntı yoxdur, mövcud planlara uyğun olaraq işləyir".
P.Sultanova