Türkiyə parlamenti: Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə parlamenti: Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir

17:25 - 25 / 02 / 2019
Türkiyə parlamenti: Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir

Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə parlamentinin Xarici işlər komissiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı bu qanlı faciəyə zəruri qiyməti verməlidir.

Bəyanatda o da vurğulanır ki, Türkiyə qardaş Azərbaycanın kədərini bölüşür və Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir:

“Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qətiyyətlə pisləyir”.

S.Xankişiyeva

 

Paylaş:
638

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər