Misirli deputatlar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Misirli deputatlar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar

16:11 - 26 / 02 / 2019
Misirli deputatlar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar

Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsi tək Azərbaycanda deyil, sərhədlərimizdən uzaqlarda da anılır, xarici ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimləri də Azərbaycan xalqının acısını bölüşürlər.

1news.az-a AMEA-nın Şərqşünaslıq İnstitutundan bildiriblər ki, Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri, professor Usəma əl-Abd qrup üzvlərinin adından Xocalı soyqırımı ilə bağlı bəyanat imzalanıb.

Bəyanat Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevaya göndərilib.

Bəyanatda deyilir: “Biz 1992-ci il fevralın 26-sı gününün ağrısı-acısını sizinlə bölüşür və qanuni hüquqlarınızın tanınmasında sizinlə həmrəy olduğumuzu bildiririk. Ümid edirik ki, sizin problem beynəlxalq qanunun qayda və prinsiplərinə və BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi və qanuni, ədalətli qiymətini tapacaq”.

S.Xankişiyeva

 

Paylaş:
642

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər