Mübariz Əhmədoğlu: Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin davamı üçün problem yaradıb | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin davamı üçün problem yaradıb

10:40 - 27 / 02 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin davamı üçün problem yaradıb

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona fevral ayındakı son səfəri formatına görə əvvəlkilərindən fərqlənir.

Həmsədrlərin regiona səfəri qəfləti idi. Vasitəçilər  Münhendə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşünü gözləyirdilər. Ermənistan tərəfinin birbaşa və ya dolayısı bəhanəsi ilə Münhendə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü baş tutmadı və həmsədrlər başılovlu regiona səfər etdilər.

N.Paşinyan da Almaniyada kansler A.Merkellə birgə mətbuat konfransında ATƏT-in Minsk Qrupu həmsədrləri adından yöndəmsiz bəyanat vermişdi. Guya ATƏT MQ həmsədrləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsində 3 tərəf var və Dağlıq Qarabağ erməniləri də münaqişənin tərəfidir. Həmsədrlər onların adından yalan danışan Paşinyanı təkzib etmədilər və ya Paşinyanın bu yalanının təkzibini rəsmi Yerevandan tələb etmədilər.

Xİ naziri Z. Mnatsakanyan axşamdan Yerevanda olan həmsədrləri səhər vaxtı  qəbul etdiyi halda Paşinyan həmsədrləri yalnız axşam qəbul etdi. İş gününün sonunda həmsədrlərə özünün hazırladığı məlumatı çatdırdı. Həmsədrlərə müzakirə üçün “vaxt saxlamadı”, Z.Mnatsakanyanla yenidən görüşməyi tövsiyyə etdi. Paşinyan texniki bəhanə ilə görüşdən yayına bildi.

Bunu Azərbaycanda görürdülər. Azərbaycan Respublikasının Prezidenti Xİ nazirinin iştirakı ilə həmsədrləri qəbul etdi və Azərbaycanın mövqeyini çatdırdı. Həmsədrlərin Dağlıq Qarabağa səfər etməməsi və Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməməsi də diqqəti çəkir. Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməməsinin əsas səbəbini həmsədrlərin yaranmış vəziyyətdən aldığı şokun təsiri ilə əlaqələndirmək olar.

Bu şok həmsədrlərə son görüşləri barədə bəyanat yaymağa da maneçilik etdi.

Həmsədrlərin son bir ildəki bəyanatlarından da görünür ki, Dağlıq Qarabağ münaqişəsinin ideya qurluşunda ciddi dəyişiklik var. Dəyişilməyən həmsədrlərin davranış manerasıdır. Həmsədrlər tənzimlənməyə münasibətlərini, davranış  maneralarını dəyişdirməli və yaxud vasitəçiliyi Avropa İttifaqına verməlidirlər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
569

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər