Gürcüstan prezidenti Qax rayonuna gedib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan prezidenti Qax rayonuna gedib – FOTO

14:31 - 28 / 02 / 2019
Gürcüstan prezidenti Qax rayonuna gedib – FOTO

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gəlib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

1news.az

Paylaş:
565

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər