Türkiyə parlamentinin yeni spikerinin Azərbaycana səfər tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə parlamentinin yeni spikerinin Azərbaycana səfər tarixi açıqlanıb

15:22 - 28 / 02 / 2019
Türkiyə parlamentinin yeni spikerinin Azərbaycana səfər tarixi açıqlanıb

Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentopun Azərbaycana səfər tarixi dəqiqləşib.

1news.az xəbər verir ki, M.Şentopun martın 5-6-da Azərbaycana səfər edəcəyi bildirilir. Səfər çərçivəsində türkiyəli spikerin Azərbaycanda yüksək səviyyəli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə KİV-ləri spikerin, həmçinin Şimali Kiprə də səfər edəcəyi barədə xəbər yayıb.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop fevralın 24-də keçirilmiş səsvermə nəticəsində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib və bu vəzifədə Binəli Yıdırımı əvəz edib.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər