Oskanyan mart hadisələrinə görə dindirilib | 1news.az | Xəbərlər
Ermənistan

Oskanyan mart hadisələrinə görə dindirilib

09:24 - 01 / 03 / 2019
Oskanyan mart hadisələrinə görə dindirilib

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-də İrəvanda baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə dindirilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Oskanyan şahid kimi sorgulanıb.

Xüsusi istintaq xidməti isə məlumatı şərh etməyib.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda fevralın 19-da keçirilmiş prezident seçkilərində baş verən pozuntulara qarşı etiraz aksiyası keçirilib. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olub, onlarla insan yaralanıb

P.S.

 

Paylaş:
591

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər