Paşinyana qarşı etiraz aksiyaları başlayır
Ermənistanda yeni hökumətə qarşı "Vədlərinizə əməl edin" şüarı altında etiraz aksiyası başlayacaq.
1news.az xəbər verir ki, bu barədə "Qraparak" nəşri yazıb.
Məlumatda deyilir ki, Ermənistan İslahat Partiyasının sədri Vaan Babayan mart ayının sonunda " Vədlərinizə əməl edin" şüarı ilə yeni hökumətə qarşı etiraz aksiyaları keçirəcək.
"Babayanın partiyası indi yeni hökümətə güclü və arqumentləşdirilmiş “zərbə” vurmaq üçün Paşinyanın nə edib, etmədiyini araşdırır. Toplaşma yeri isə Matenadaran ərazisi olacaq", - qəzet yazıb.
P.Sultanova
491