Mogerini Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan iştirakının lehinədir | 1news.az | Xəbərlər
Siyasət

Mogerini Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan iştirakının lehinədir

14:48 - 06 / 03 / 2019
Mogerini Paşinyanın  Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan iştirakının lehinədir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir.

1news.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunan xəbərdə deyilir.

Qeyd olunur ki, F.Mogerini və N.Paşinyan bu yaxınlarda Ermənistan və Azərbaycan arasında təmaslar fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər:

"Federika Mogerini Nikol Paşinyanın münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir".

1news.az

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər