Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

09:20 - 06 / 03 / 2019
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycana səfərə gəlib.

1news.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Jurnalistlərə müsahibəsində Mustafa Şentop qeyd edib ki, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.

Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini qeyd edən parlament sədri deyib: “Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə sürətlə genişlənir. İki ölkə həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inanıram”.

1news.az

 

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər