Toxuduğu gülləri satmaqla dolanan gözdən əlil Elçinin evi qarət olundu

Gözdən əlil olmasına baxmayaraq gül toxuyub satmaqla çörəkpulu qazanan Elçin Abbasovun evi qarət olunub.
1news.az xəbər verir ki, bu barədə Elçinin Facebook səhifəsini idarə edən dostu məlumat verib.
Məlumata görə, dünən axşam Elçinin yaşadığı evin qapısındaki qıfılı qıraraq evdən oğurluq ediblər. Ona aid 800 manat pul, qızıl üzük və gümüş boyunbağ qarət edilib.
Xatırladaq ki, keçən ilin dekabrında saytımızda Elçinlə bağlı geniş material vermişdik.
1news.az
426