Bakıda "İtaliya Dizayn Günü” keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda "İtaliya Dizayn Günü” keçirilir

10:05 - 07 / 03 / 2019
Bakıda "İtaliya Dizayn Günü” keçirilir

Bakıda Daş Salnamə Muzeyində “İtaliya Dizayn Günü” festivalının açılış mərasimi olub.

1news.az xəbər verir ki, tədbiri İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı və  İtaliyanın Bakıdakı səfirliyi təşkil edib.

Mərasimdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib ki, bu festivalın keçirilməsi təşəbbüsü bir neçə il əvvəl İtaliya XİN tərəfindən irəli sürülüb. Festival hər il İtaliyanın diplomatik nümayəndəliklərinin olduğu ölkələrdə təşkil edilir və İtaliya məhsulları təqdim olunur.

“Burada siz İtaliya dizaynerləri tərəfindən hazırlanmış geyim, zərgərlik və mebel məhsullarını görə bilərsiniz. Eyni zamanda qida məhsulları da sərgilənir.

Azərbaycan-İtaliya arasında ticarət əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edən bu festival və sərgilər kifayət qədər maraqla qarşılanır və ticari əlaqələrin inkişafına xidmət edir", səfir vurğulayıb. 

ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini isə deyib ki, Azərbaycan İtaliyanın ən vacib iqtisadi tərəfdaşlarından biridir: “İtaliya Azərbaycanı siyasi və iqtisadi tərəfdaş olaraq seçib:

"Biz ticarət sahəsində Azərbaycanla münasibətlərimizi gücləndirməyə çalışırıq. Qəhrəmanlarımız isə bizim biznesmenlərimizdir. Xarici ölkələrdə olanda “Made in İtaly”nin necə dəyərlədirildiyini görürəm”.

Daha sonra tədbirdə iştirak edən qonaqlar İtaliya brendləri və mətbəxi ilə tanış olublar.

P.Sultanova

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər