“Mançester Yunayted” və “Portu” 1/4 finalda – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Mançester Yunayted” və “Portu” 1/4 finalda – VİDEO

10:09 - 07 / 03 / 2019
“Mançester Yunayted” və “Portu” 1/4 finalda – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

1news.az-n Qol.az-a istinadən verdiyi xəbərə görə, dünən gecə daha 2 qarşılaşma keçirilib. PSJ doğma meydanda “Mançester Yunayted”i qəbul edib. Səfər matçında qələbə qazanan (2:0) Paris təmsilçisi növbəti mərhələyə daha yaxın olsa da, cavab görüşündə 3:1 hesablı qələbə qazanan ingilislər növbəti mərhələyə adlayıblar.

Gecənin digər oyununda isə “Roma” səfərdə “Portu”nun qonağı olub. “Canavarlar” İtaliyadakı ilk qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub etsələr də, Portuqaliyada 3:1 hesabı ilə uduzaraq, ÇL-də mübarizəni dayandırıb. 

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

7 mart

00:00. “Portu” – “Roma” - 3:1
Qollar: 
Tiqunyo, 26 (1:0), De Rossi, 37-pen (1:1), Mareqa, 53 (2:1), A. Telleş, 90+4-pen. (3:1)
İlk oyun - 1:2

00:00. PSJ – “Mançester Yunayted” - 1:3
Qollar: Lukaku, 2 (0:1), Bernat, 12 (1:1), Lukaku, 30  (1:2), M. Reşford, 90+4 (1:3)
İlk oyun - 2:0

1news.az

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər