Bakıda NATO-nun təlim kursu keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun təlim kursu keçirilib

14:50 - 11 / 03 / 2019
Bakıda NATO-nun təlim kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün “Fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramı”na əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusundakı kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.

1news.az

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər