Azərbaycan XİN Efiopiyada təyyarə qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyanın “Ethiopian Airlines” aviaşirkətə məxsus təyyarənin qəzaya uğramasıvə insane tələfatı ilə bağlı başsağlığı verib.
1news.az bu barədə XİN-in “Tvitter” səhifəsinə istinadla xəbər verir.
Başsağlığında deyilir: “Ethiopian Airlines”ə məxsus təyyarənin qəzaya uğraması və 157 sərnişinin həla olması barədə xəbərdən dərin kədər hissi duyduq. Bu faciəli qəzanın qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı veririk”.
Qeyd edək ki, təyyarə qəzası ilə bağlı bu gün Efiopiyada matəm günü elan edilib.
Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub.
Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.
P.Sultanova