ATƏT cəbhə xəttində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT cəbhə xəttində monitorinq keçirib

15:08 - 12 / 03 / 2019
ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT-in bu gün cəbhənin Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika keçiriblər.

Babək Cahandarov

Paylaş:
140

Son xəbərlər

Bütün xəbərlər