Şah və mat! Paşinyan Dağlıq Qarabağ üzrə danışıqların formatını dəyişməyə nail olmadı

СВС telekanalında “Bu gün aktual” (“Aktualno seqodnya”) verilişinin növbəti buraxılışı işıq üzü görüb.
1news.az-ın verdiyi xəbərə görə, veriliş budəfəki buraxılışında ATƏT-in Minsk qrupu həmsədlərinin son bəyanı haqqında müzakirələr aparılıb. Həmsədlər Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın günlərdə görüş keçiriləcəyini bildiriblər. Həmçinin həmsədrlər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli əvvəlki formatda, yəni Bakı və Yerevan arasında aparılacağını da bildiriblər.
Verliş zamanı erməni tərəfinin Azərbaycanın işğal edilmiş torpaqlarında separatçıların danışıqlara cəlb edilməsi fikri tamamilə uğursuzluqla nəticələnməsi müzakirə olunub.
Verilişin əsas qonağı 1news.az-ın baş redaktoru Rəhman Hacıyevlə yanaşı, Milli Məclisin deputat Rasim Musabəyov Skype vasitəsilə qoşularaq fikir mübadiləsi aparılıb
R.Hacıyev danışıqlar prosesində müxtəlif strategiyaların olduğunu qeyd edərək şərh edib ki, bu prosesin ən kiçiyindən başlayaraq zamanla daha artıq tələblər irəli sürməklə sonda hansısa nəticəyə çatmaq olar.
“Fikrimcə bu gün Paşinyanın danışıqlar prosesində prezident Əliyevlə müqayisədə daha zəif mövqedə olduğunu göstərir. Bu tezis bu gün Ermənistanda daha aktualdır. Belə ki, ölkənin sabiq iqtidar partiyası bundan istifadə edərək Paşinyanın hakimiyyət üçün uyğun biri olmadığını, Əliyevin onu bütün paramertlər üzrə qalib gəldiyini bildirərək, onun haqqında mənfi təsəvvür yaranmasına çalışır.
Düşünürəm ki, Paşinyan bu mövqelərini bərpa etməyə çalışır. Əvvəldən Paşinyana qarşı, heç bir ümid bəsləməmişəm, onun konstuktivliyinə inanmamışam”.
Danışıqlar prosesinin Ermənistan tərəfindən pozulması ilə bağlı sualanı cavablandıran Hacıyev bildirib ki, məsələnin sülh yolu ilə həlli prosesinin yalnız bir alternativi var, yəni bu, müharibədir:
“Məsələnin digər həlli yolunu düşünə bilmirəm. Ya danışıqlar zamanı razılığa gəlinməlidir, ya da müharibə olmalıdır. İkinci variantın demo versiyasını 2016-cı ilin aprelində dördgünlük müharibə zamanı gördük. Azərbaycan Ordusu hücum mövqeyində olmasına baxmayaraq, bir neçə gün ərzində öz mövqelərini möhkəmlədə bildi. Həmin vaxt müharibənin tez bir zamada sonlanması üçün Moskva başda olmaqla həmsədrlər məsələyə müdaxilə edərək bir sıra görüşlər keçirdi. Bununla da Azərbaycan Ordusu dördgünlük müharibə ilə danışıqlar prosesinin pozulması zamanı Ermənistanı hansı tale gözlədiyini açıq şəkildə göstərdi. Ermənistan çox yaxşı bilir ki, müharibənin olması onlara heç nə verməyəcək. Bu mövqedən çıxış edərək qeyd edə bilərəm ki, ermənilər hazırda danışıqlar masasını tərk etməsini özlərinə imkan verə bilməzlər”.
Rasim Musabəyov qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələrinin işğalından tamamilə təmizlənməsinə heç kəs imkan verməyəcək:
“Həmçinin müharibə uzun müddət də sürə bilməz. Bu zaman böyük dövlətlər məsələyə qarışacaq. BMT Təhlükəsizlik Şurası hansısa qətnamə qəbul edəcək. Və nəticədə hərbi əməliyyatlar dayandırılacaq.
Yaxın günlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik Dağlıq Qarabağa gedərək separatçı qurumun rəhbərliyi ilə danışıqlar aparıb. Düşünürəm ki, Kaspişik onlara bu addımdan sonra yaranacaq bütün riskləri başa salmağa çalışıb”.
Aparıcı vildirib ki, Paşinyan üçün ideyasının uğursuzluğu nə ilə nəticələnə bilər? Son 7-8 ayda Paşinyan separatçıların danışıqlar prosesində iştirakı etməsinin vacibliyini vurğulayır. Və elə bir beynəlxalq instansiya qalmayıb ki, bunun mümkünsüz olduğunu bildirməsin. Ən başlıcası da Bakı buna razılıq vermir. Bütün bunların erməni baş nazir üçün Ermənistan daxilində nə ilə nəticələnə bilər?
Sualı cavablandıran R.Hacıyev bildirib ki, Paşinyanın bu uğursuzluğunu onu oppanetləri maksimum dərəcədə istismar edəcək. Belə ki, prezident Əliyevin Paşinyaya qalib gəlməsilə bağlı ismarışları daha çox eşidirk. Həqiqətətən bu belədir.
Günü əsas mövzusunda Paşinyan üçün Qarabağ yeganə bənddir ki, Ermənistan hökumət baxımdan digər məsələlərlə müqayisədə daha tez və effektiv həlldir. Çünki iqtisadi nöqteyi-nəzərdən verilmiş bütün vədlərin həyata keçməsi mümkün deyil. Son statisik məlumatlara görə bu bəyanatlar sadəcə Sakiryanın gözdən salınması üçündür.
Özünü vətənpərvər, erməni maraqların müdafiəçisi kimi göstərmək üçün Paşinyan üçün Dağlıq Qarabağ son şansdır. Düşünürəm ki, buna görə də o, öz bəyanatlarında bu dərəcədə radikaldır. Paşiyan üçün bu necə nəticələnəcəyilə bağlı bildirmək istərdim ki, o bu məsələni istismar etməkdə davam edəcək”.
S.Xankişiyeva