Zakir Həsənov Pakistana rəsmi səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Pakistana rəsmi səfər edəcək

16:38 - 20 / 03 / 2019
Zakir Həsənov Pakistana rəsmi səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də  Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.

1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.
Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər