İlahiyyatçı Taleh Bağırovun xanımı ilə bağlı açıqlama – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

İlahiyyatçı Taleh Bağırovun xanımı ilə bağlı açıqlama – RƏSMİ

16:47 - 22 / 03 / 2019
İlahiyyatçı Taleh Bağırovun xanımı ilə bağlı açıqlama – RƏSMİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, martın 21-də Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələrinə əsasən 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər