Futbolda dəhşət: qadın hakimi oyun zamanı yandırdılar
Argentinada oyun zamanı hakimin üzərinə qaynar su töküblər.
1news.az Fanat.az-a istinadən xəbər verir ki, hadisə 6-cı liqanın "Marquesado" - "San Martin" oyununda baş verib. Matçın son dəqiqələrində tribunadan bir nəfər yan xətt hakimi Rozana Pasın üzərinə butulkadan qaynar su töküb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 46 yaşlı qadın hakim xəstəxayana aparılıb.
Olayla bağlı danışan Rozana Pas "Kürəyimdə istilik hiss etdim. Əsas hakimi yanıma çağırdım və kürəyimə baxmasını istədim. Birdən kürəyim yanmağa başladı. O, tez soyuq su tökdü. Həkimlər ağır yanıq xəsarəti aldığımı dedi. Bunu edənin qadın və ya kişi olmasının fərqi yoxdu. Qorxub geri çəkilməyəcəm və işimi davam etdirəcəm. Futbolda qadın olmaq çətidi, amma məni dayandıra bilməyəcəklər" deyib.
1news.az