Diplomatların Gəncəyə səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Diplomatların Gəncəyə səfəri başlayıb

10:16 - 02 / 04 / 2019
Diplomatların Gəncəyə səfəri başlayıb

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkəmizin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfərləri təşkil olunub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, diplomatik korpusların 60-dan çox nümayəndəsi 2-3 aprel tarixlərində qeyd edilən regionda olacaqlar.

Səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizamə Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil zavodu ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər