Quaydoya qarşı cinayət işi başladılıb
Venesuela parlamentinin Hüquq komissiyasının rəhbəri Xulio Qarsia Serpa ölkə müxalifətinin lideri Xuan Quaydoya qarşı cinayət prosesinin başladığını bildirib.
1news.az RİA-Novosti-yə istinadla xəbər verir ki, bu barədə o, yerli televiziyaya açıqlamasında deyib.
Onun sözlərinə görə, cinayət işi ilə Venesuela Ali Məhkəməsi, eyni zamanda Baş Prokurorluq məşğul olacaq.
"Quaydonun müdafiə haqqı olacaq. Ədalət təmin ediləcək", Serpa bəyan edib. Bildirib ki, Quaydo "vətənə xəyanət"ə görə cavab verməlidir.
Daha əvvəl Venesuela prezidenti Nicolas Maduro Quaydonu “təlxək” adlandırıb və qanunları pozaraq özünü ölkənin başçısı elan etdiyini deyib.
Həmçinin, bundan əvvəl də müxalifət lideri ilə bağlı cinayət istintaqının aparıldığı məlum olub.
P.Sultanova