Doğuşdan 45 dəqiqə əvvəl hamilə olduğunu bildi | 1news.az | Xəbərlər
Dünya

Doğuşdan 45 dəqiqə əvvəl hamilə olduğunu bildi

09:49 - 05 / 04 / 2019
Doğuşdan 45 dəqiqə əvvəl hamilə olduğunu bildi

Böyük Britaniya sakini Emmaluiz Leqqeyt doğuşdan 45 dəqiqə əvvəl hamilə olduğunu öyrənib.

1news.az xəbər verir ki, bu barədə “The Mirror” yazıb.

Onun sözlərinə görə, hamilə olduğu ağlına belə gəlməyib, çünki doğuşa qədər düz qarına sahib olub.

"Məndə heç bir simptom yox idi. Tamamilə heç nə”, - deyə Leqqeyt bildirib.

O, həmçinin əlavə edib ki, ilk uşağı doğulduqdan sonra qoruyucu tabletlər qəbul etməyə başlayıb. Qadın bir qədər kilo aldığını, ancaq qarınının olmadığını vurğulayıb.

Onun sağlam qız övladı dünyaya gəlib.

1news.az

.

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər