Malayziyada ağır yol qəzası: 10 nəfər ölüb, 30-dan çox yaralı var | 1news.az | Xəbərlər
Dünya

Malayziyada ağır yol qəzası: 10 nəfər ölüb, 30-dan çox yaralı var

11:29 - 08 / 04 / 2019
Malayziyada ağır yol qəzası: 10 nəfər ölüb, 30-dan çox yaralı var

Malayziyada ağır yol qəzası nəticəsində 10 nəfər ölüb, 34 nəfər isə yaralanıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, xarici işçiləri daşıyan avtobus, naməlum səbəblərə görə, yola çıxdıqdan sonra küvetə (xəndəyə) aşıb. Avtobus sürücüsü və 8 sərnişin hadisə yerində dünyasının dəyişiblər, daha bir nəfər isə xəstəxanada ölüb.

Hadisə bazar günü axşam saatlarında paytaxt Kuala-Lumpur ətraflarında baş verib.

Yaralananlar xəstəxanaya çatdırılıb.

1news.az

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər