Paşinyan AŞPA-da Qarabağdan danışdı | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan AŞPA-da Qarabağdan danışdı

15:06 - 11 / 04 / 2019
Paşinyan AŞPA-da Qarabağdan danışdı

Dağlıq Qarabağ münaqişəsi region üçün mürəkkəb problem olaraq qalır. Biz münaqişənin yalnız sülh yolu ilə həllini istəyirik.

1news.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.  

O bildirib ki, Vyanada Azərbaycan lideri ilə münaqişənin nizamlanması üzrə konstruktiv danışıqlar aparılıb.

“Amma bu, kifayət deyil, cəmiyyətləri də sülhə hazırlamlıyıq, müharibəyə deyil. Sosial media bu məsələdə vacib meydan ola bilər”, Paşinyan əlavə edib.

O deyib ki, münaqişə 30 ilə yaxındır davam edir:

“Bunun üçün də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində işi davam etdirmək lazımdır. Çünki yalnız bu qurum əvvəldən prosesi izləyib və hər bir addım barədə məlumatlıdır”.

P.Sultanova

 

Paylaş:
2021

Son xəbərlər

Bütün xəbərlər