Sudan xalqı prezidentin istefasını bayram edir | 1news.az | Xəbərlər
Dünya

Sudan xalqı prezidentin istefasını bayram edir

11:21 - 11 / 04 / 2019
Sudan xalqı prezidentin istefasını bayram edir

Sudan paytaxtında sakinlər ölkənin bayraqları ilə küçələrə çıxaraq prezident Ömər əl-Bəşirin istefasını bayram edirlər.

1news.az xarici mediaya istinadla xəbər verir ki, sakinlər "Biz qalib gəldik” şüarını səsləndirirlər.

Küçələrdə hərəkət çətinləşir. Sudan hərbi qüvvələri tezliklə ordu rəhbərliyi altında yeni bir hökumət orqanının yaradılacağını elan edəcəklər.

Sudan ordusu dövlət televiziya və radio şirkətinin binasına aparan yolu bağlayıblar.

Bəşirin Sudanda hakimiyyəti  30 il idi ki, davam edirdi. Sudan ordusu cümə axşamı fövqəladə bir yığıncaqda Əl-Bəşirin bütün vəzifələrdən uzaqlaşdırılması və hökumətiistefaya göndərmək barədə qərar verib.

Öz növbəsində, Sudan ordusuölkənin keçmiş müdafiə naziri və bir sıra digər məmurları saxlayıb, Xartum hava limanını bağlanıb.

P.Sultanova

09:35

Sudan hərbçiləri prezidentin və hökumətin istefaya göndərildiyini bəyan ediblər.

1news.az xəbər verir ki, bu barədə RİA-Novosti Sudan mətbuatına istinadla məlumat yayıb.

Bundan əvvəl Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilib. Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib.

Sudan ordusu yaxın zamanda təcili bəyanatla çıxış edəcək.

Paytaxtın küçələrində əlavə təhlükəsizlik tədbirləri görülür. Zirehli texnikalar Prezident sarayının yaxınlığına gətirilir.

Sudanın radiostansiyaları və telekanalları hərbi marşlar yayımlayırlar.

1news.az

 

Paylaş:
468

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər