Elçin Mirzəbəyli: Bir ildə elə mühüm işlər görülüb ki, onları sadalamağa belə zaman yetmir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Mirzəbəyli: Bir ildə elə mühüm işlər görülüb ki, onları sadalamağa belə zaman yetmir

13:40 - 12 / 04 / 2019
Elçin Mirzəbəyli: Bir ildə elə  mühüm işlər görülüb ki, onları sadalamağa belə zaman yetmir

Aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin bir ili tamam olur. Ötən bir il ərzində ölkə həyatının bütün istiqamətlərini əhatə edən çox mühüm, əhəmiyyətli tədbirlər həyata keçirlib, vacib islahatlar aparılıb.

Bunu 1news.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bir il əvvəl İlham Əliyevin yenidən Prezident seçilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə,  həm Azərbaycan üçün ənənəvi sektor olan enerji siyasətinin davam etdirilməsini, eyni zamanda Cənub Qaz Dəhlizi lə bağlı keçirilən açılış mərasimlərini, qeyd edilən layihənin artıq tam reallığa çevrilməsi faktını, nəqliyyat dəhlizləri ilə bağlı yürüdülən siyasətin ardıcıl xarakter almasını, Azərbaycanın logistik mərkəzə çevrilməsi, istiqamətində atılan addımları vurğulamaq olar.

“Bununla yanaşı, iqtisadi layihələr, islahatlar xüsusilə qeyd edilməlidir. Azərbaycanda bütün sahələrdə islahatlar həyata keçirilib, bu islahatların ən önəmli cəhəti bir-birilə zəncirvari formada bağlılığı və daha çox konseptual əsasda olmasıdır. Yəni, bu, Azərbaycanın gələcəyinə hesablanan xüsusi strategiyaya malik islahatlardır” deyə E.Mirzəbəyli əlavə edib.

Onun sözlərinə görə, qısa müddət ərzində həm islahartların hüquqi bazasını hazırlamaq, onların qanunvericilik çərçivəsində həyata keçirmək prosesini tənzimləmək, eyni zamanda paralel olaraq kadr islahatları aparmaq və daha ciddi işlək mexanizmlər formalaşdırmaq doğrusu hər kəsə və hər liderə nəsib olmayan bir sıçrayışdır, addımlardır:

“Bu istiqamətdə çox mühüm layihələr həyata keçirlib. Eyni zamanda məlumdur ki, islahatlar aparılan zaman bundan bir çox hallarda insanlar əziyyət çəkir və bu da təbii qəbul edilməldir. Amma Azərbaycan Prezidenti islahatlarla yanaşı, həm də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində çox ciddi addımlar atır ki, vətəndaşlar bu islahatlrdan, onların gətirə biləcəyi hər hansı bir nəticələrdən əziyyət çəkməsinlər, əksinə islahatların aparılma mexanizmi o qədər dəqiq qurulub ki, onların nəticəsində büdcə vəsaitlərinə daha çox qənaət olunur və bu vəsaitlər ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönləndirilir”.

Siyasi şərhçi hesab edir ki, ötən ilin ən mühüm addımlarından biri də problemli kreditlərin həlli mexanizminin ideal şəkildə tapılmasıdır:

“Çünki bu proses elə tənzimlənib ki, bu prosesdən nə vətəndaşlar, nə də banklar ziyan görməyiblər. Yəni ortaq məxrəc tapıldı. Həm vətəndaşların, həm də bankların mənafeyi təmin olundu ki, onlar da öz fəaliyyətlərini tənzimləyə bilsinlər. Bütün istiqamətlərdə islahatları, vacib qərarları, xüsusi olaraq Prezidentin məhkəmə hüquq sistemində aparılacaq islahatlarla bağlı son fərmanını vurğulamaq istəyirəm. Bu da olduqca gözlənilən və olduqca vacib addımlardan bidirir.

Yəni, ötən bir il ərzində o qədər çox mühüm işlər görülüb ki, sözün doğrusu, hətta bunları sadalamağa böyük bir zaman lazımdır, nəinki təhlil və şərh etməyə”.

1news.az

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər