“Williams”ın pilotu sərbəst yürüşü yarımçıq saxladı - bolidi lyuka düşdü - FOTO - VİDEO
“Williams” komandasının üzvü Corc Rassel Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü yarımçıq saxlayıb.
1news.az xəbər verir ki, C.Rasselin idarə etdiyi bolid qəzaya uğrayıb. Belə ki, yolda olan lyuk açılıb və Britaniya komandasının pilotunun bolidinin təkərinin biri ora düşüb
Bolid dərhal trasdan kənarlaşdırılıb və C.Rassel sərbəst yürüşü dayandırıb.
Dərhal hadisə yerinə FİA-nın nümayəndələri və mütəxəssisləri gəliblər. Yarış dayandırılıb və digər lyukların da yoxlanılmasına qərar verilib.
Rasselin bolidinin təxliyəsi zamanı isə daha bir qəza baş verib. Belə ki, qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.
Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçirilir.
1news.az