Bayram bəxş edən Kubok: MFL-in turnirlərinə qərq olan Gəncə – FOTO – VİDEO
Üç ildir ki, Bakıda yüksək səviyyədə futbol turnirləri keçirən MFL – Azərbaycanda ən iri həvəskar futbol liqasıdır.
Lakin Liqa apreldən sərhədlərini bir qədər genişləndirdi. Ötən istirahət günü MFL-in Gəncə Kubokuna start verildi. Turnirdə pley-off sistemi üzrə oynayan 64 komanda iştirak edir.
MFL – FUTBOLSEVƏRLƏR ÜÇÜN futbol həvəskarları tərəfindən yaradılmış liqadır. Liqanın məqsədi – futbol oynayan həvəskar komandaları yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində birləşdirməkdir. Gərgin mübarizə, mübahisələr, vahid məqsəd – bütün bunları MFL-in himayəsində keçirilən turnirlər birləşdirir. Bu da həvəskarları özlərini peşəkar futbolçu kimi hiss etməyə imkan verir.
Gəncə – Azərbaycanın ən iri ikinci şəhəridir. Bu, futbola da aiddir. Gəncə Azərbaycan futboluna bir çox parlaq oyunçular bəxş edib. Eyni zamanda Gəncə – Azərbaycan futbolunun yaralı hissəsidir. Şəhərin ən mötəbər və tarixi klublarından biri “Kəpəz” Birinci divizyonda iştirak etsə də, fanatlarını sevindirmir. Qeyd edək ki, Birinci divizyonda da klub AFFA-nın hesabına fəaliyyət göstərir.
Gəncə futbolunun fanatları buna layiq deyillər. Axı “Kəpəz” Yüksək liqada çıxış edəndə ən çox azarkeşləri olan klub idi. Klubun adi oyunlarına 10-15 min azarkeş toplaşardı.
Gəncəli fanatlar futbol bayramları üçün darıxıb. Bunun bariz nümunəsi MFL-in Gəncə Kuboku oldu. İlk olaraq MFL-in Gəncə Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulmuşdu. Lakin bir həftə sonra aydın oldu ki, turnirdə iştirak etmək istəyənlərin sayı çoxalıb. Buna görə də MFL rəhbərliyi iştirakçıların sayının artıraraq 64 komandaya çatdırılması qərarını alır. Lakin buna baxmayaraq iştirakçıların sayı yenə də çox idi.
MFL-in Gəncə Kuboku həkimlər, polislər, müəllimlər və digər peşə sahiblərini bir komanda da birləşdirdi. Onları yalnız – futbola sevgi birləşdirdi.
Aprelin 20-də birinci dövrə matçları başladı. Əlverişsiz hava şəraitinə baxmayaraq oyunlarla çoxlu sayda fanatlar iştirak edirdi. Lakin MFL əməkdaşlarını daha bir məqam – futbolçuların mədəni səviyyəsi təəccübləndirdi.
Futbol – emosiyaların, ehtirasların idmanıdır. Bəzən hər futbolçu emosiyalarına hakim ola bilmir. Bu da münaqişələrə yol açır. Lakin turnirdə iştirak edən hər bir komanda yüksək peşəkarlıq nümayiş etdirdi. MFL-in Gəncə Kubokunda iştirak futbolçular üçün bayram oldu. Pley-off mərhələsində iki qalib komanda ola bilməz. Komandalardan biri qalib gəlir, digəri isə turniri tərk edir. 64 komandadan 32-si artıq turnirlə vidalaşıb. Tərk edən hər bir komanda turnirdə qalanlara uğurlar diləyib. Əlbəttə ki, təşkilatçılara da minnətdarlıqlarını bildirməyi unutmayıblar.
Təşkilatçıların xatirində qalan ilk məqam minnətdarlıq oldu. Gəncəlilər futbola öz töhfələrini verməklə yanaşı, təşkilatçılara da hər cür köməklik göstərmək istəyirdirlər.
Bir həftə öncə turnirin püşkatma mərasimi keçirildi. Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, MFL-in direktoru Rəhman Hacıyev və Gəncənin Gənclər və İdman İdarəsinin rəhbəri Müşviq Cəfərov iştirak ediblər.
MFL rəhbərliyinin turnirin keçirilməsi səyini qeyd etmək vacibdir. Danışıqlar uzun müddət aparılıb və nəhayət nəticələr öz bəhrəsini verdi – MFL-in Gəncə Kuboku start verdi. Əlbəttə ki, bu layihə AFFA-nın dəstəyi olmadan mümkün deyildi. Və Elxan Məmmədovun mərasimdə şəxsən iştirakı göstərir ki, AFFA rəhbərliyi Gəncədə də kütləvi futbolun inkişafında maraqlıdır.
Bu müddətdə Elxan Məmmədov Gəncədə bir sıra görüşlər həyata keçirib, şəhər stadionunda olub, həmçinin AFFA-nın şəhərdə uşaq akademiyası yaratmaq niyyəindən də danışıb. Bu sahədə müvafiq tapşırıqlar da verib.
Stadiona ziyarət zamanı Elxan Məmmədov “Kəpəz” azarkeşləri ilə də görüşüb, onların xahiş və istəklərini dinləyib. Həmin azarkeşlər MFL-in Gəncə Kubokunun ilk matçlarında və açılış mərasimində də iştirak ediblər.
MFL-in Gəncə Kuboku – şəhərin yüksək səviyyədə təşkil olunmuş ən iri həvəskar futboludur. Burada 650 həvəskar-futbolçu iştirak edir. 300 min əhalisi olan şəhər üçün bu, çox yaxşı göstəricidir.
MFL-in Gəncə Kuboku – asudə vaxtının faydalı və məhsuldar keçirməsi üçün daha bir imkandır. Oyunlar istirahət günləri keçirildiyi üçün heç kəsin işinə maneəçilik törətmir. 650 futbolçu, onların dostları, yaxınları, sadə azarkeşlər – düşünün, ilk MFL-in Gəncə Kuboku nə qədər insanı birləşdirərək, sağlam həyat tərzini və futbola sevgini təbliğ edir.
MFL-in Gəncə Kuboku iki ay davam edəcək. Gələcəkdə komandaları vacib oyunlar gözləyir. Axı hər raunddan sonra rəqabətin səviyyəsi daha da yüksələcək. Turnirin qalibi 500 manat, qızıl medal və Kubok alacaq. İkinci yerin qalibi 300 manat və medal, üçüncü yerin sahibi isə 250 manat qazanacaq. Turnirin ən yaxşı bombardirləri xüsusi kubok alacaq.
Turnirdə yalnız bir komanda qalib olacaq. Lakin burada tam əminliklə qeyd etmək olar ki, ümumilikdə Gəncə futbolu qalib olacaq. Axı Gəncə dünyanın ən populyar idman növünü bayram kimi qarşılayan futbol şəhəridir.
MFL-i izləyin:
Tərcümə: S.Xankişiyeva